Yeni Einstein geliyor bilim dünyasına.. İbrahim Nebioğlu yazdı..

YENİ EİNSTEİN GƏLİR ELM DÜNYASINA

23 yaşındakı bu gənc fizik günümüzün ən müvəffəq alimi kimi tanınır.
Kuba əsilli amerikalı bu qadın əfsanəvi MIT-dən (Massachusetts Institute of Technology) 5.0 ortalama və ”Physics Orloff Scholarship” təqaüdü ilə məzun olub.
O, bu göstəricilərlə MIT-dən məzun olmuş ilk qız tələbədir.

Harvard universitetinin fizika fakultəsinin aspirantı olan Sabrina Gonzales Pasterski haqda Dünyanın Yeni Einsteini olaraq bəhs edilir.
O da Einstein kimi qara dəliklər, yerin cazibə qüvvəsi ilə kosmik zamanın xüsusiyyətləri ilə məşğul olur.

14 yaşında ikən öz əlləri ilə təkbaşına birmotorlu təyyarə quraşdıran və onunla Çikaqo səmalarında uçan Sabrina, kainatın bəzi qaranlıq sirrlərini açmağa çox yaxındır.

Sabrina smart telefondan istifadə etmir, Facebook və Instagram hesabı yoxdur…

İbrahim Nebioğlu