OSMANLILAR, ALDANMAYIN, ALLAH’I SEVƏRSİZ!.. Azeri şair 120 yıl önce böyle uyarmıştı.. Ama dinleyen mi var

NOT:
Mirza Alekber Sabir’in bu şiirini bize gönderen Sevgili İbrahim Nebioğlu’na çok teşekkür ederiz

OSMANLILAR, ALDANMAYIN, ALLAH’I SEVƏRSİZ!

Osmanlılar, aldanmayın, Allah’ı sevərsiz!
İranlı kimi yanmayın, Allah’ı sevərsiz!

Şad olmayın, ey sevgili millət vükəlasi,
Osmanlı’da cari ola qanuni-əsasi!
Qanuni-əsasi demə, iranlı əzasi,
İranlıların başlarının qanlı bəlasi,
Oğlanları ölmüş analar matəmi, yasi,
Derlərsə sizə var bu işin sonra səfasi,
Aldanmayın, aldanmayın, Allah’ı sevərsiz!
İranlı kimi yanmayın, Allah’ı sevərsiz!

Əvvəlcə verirlər sizə hürriyyəti-əfkar,
Yəni danışıb fikrinizi eyləyin izhar;
Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,
Mütləq görəcəklər ki, cibişdanə zərər var;
Hər fəni ilə olsa qovacaqlar sizi naçar,
Çünki bu yığıncaqda olur həqqiniz inkar,
Yaxşı budu toplanmayın, Allah’ı sevərsiz!
İranlı kimi yanmayın, Allah’ı sevərsiz!

Girəm ki, təərrüzlər edib də vüzərayə
Bir növ ilə öz fikrinizi soxduz arayə,
Ta çatdı xəbər bir para müfsid üləmayə,
Mirzə Əli Əkbərlər* əlin açdı duayə,
Təkfir oxu, lənət topu dəydi ürəfayə,
Varmı elə bir şəxs edə əhrarı viqayə?
Bu əmri əbəs sanmayın, Allah’ı sevərsiz!
İranlı kimi yanmayın, Allah’ı sevərsiz!

Ya liləcəb, Osmanlılar, aya, nə qanırsız?
Qanuni-əsasi verilib ya inanırsız?
Mir Haşimü Fəzlüllahınız yoxmu sanırsız?
Əksik deyil onlar, vəli, sizlər nə tanırsız!
Bir gün tanıyıb onları labüd usanırsız,
Ancaq usanırsızsa da, qanə boyanırsız!
Qansızları gic qanmayın, Allah’ı sevərsiz!
İranlı kimi yanmayın, Allah’ı sevərsiz!

Bir vəqtdə bizlər də olub xürrəmü xəndan,
Sandıq ki, veriblər bizə hürriyyəti-vicdan
Şükr etdik, adamcıllar olub daxili-insan,
Övladımızı saxlamadıq xanədə pünhan,
Hac Mirzə Həsən qırx lotuya verdi bir oğlan,
Bu mollanümalər desələr: bizdə var iman,
Yox, yox, ona tovlanmayın, Allah’ı sevərsiz!
İranlı kimi yanmayın, Allah’ı sevrsiz!

M.A. Sabir,

Hophopname

Mirza Alekber Sabir Kimdir?

SabirMirza Alekber Zeynelabidin oğlu Tahirzade (Azerice: Mirzə Ələkbər Zeynalabdin oğlu Tahirzadə, 30 Mayıs 1862 – 12 Temmuz 1911), Azerbaycanlı şair, yeni satirik akımın kurucusudur.
Tüccar olan babası oğlunu din adamı gibi görmek istiyordu ve 7 yaşında mollahaneye verildi. İlk şiirini 8 yaşında yazdı. 1874’te Seyid Ezim Şirvani’nin Şamahı’da açtığı yeni usûl-i cedid okulunda tahsil gördü.

Bir süre Aşkabat, Buhara, Semerkand, Merv, Horasan şehirlerinde yaşadı. 1903’de Tiflis’te, “Şark-i Rus” gazetesinde ilk şiiri yayınlandı. Bu aynı zamanda Sabir’in yazdığı sosyal içerikli ilk şiirdi.

1906’da Celil Memmedkuluzade’nin başyazarlığında Tiflis’te “Molla Nesreddin” mizahi dergisi çıkmağa başladı ve Sabir’in edebî başarısının ortaya çıkması da bu dergide yayınlattığı mizahî şiirleri ile gerçekleşti. “Hophop”, “Ağlar güleyen”, “Abunasr Şeybani”, “Boynuburuk”, “Sevdayi” ve diğer takma adları ile 1906-1911 yıllarda yayınlanan ve geriliği, cehaleti kamçılayan bu satirik şiirler ateş gibi yakıcıydı ve Azeri şiiri tarihinde yeni bir devrin başlangıcı oldu.

1908’de Şamahı’da “Ümid” adındaki okulu açtı, 1910’da Bakü’ye göçerek Balahanı okulunda öğretmenlik yaptı. Ağır hasta olan şair aynı ilde tedavi için Tiflis’e gitti, ancak artık tedaviye geç kalındığından Şamahı’ya getirildi ve 12 Temmuz 1911’de burada 49 yaşında yaşamını yitirdi. “Şahi Hendan” mezarlığında defnedildi.

Sağlığında hiçbir kitabı basılmadı. Ölümünden sonra 1912 yılında birçok Azerbaycan aydınlarının müşterek çabalarıyla gün yüzü gören “Hophopname” adlı kitabı kısa bir süre içinde Azerbaycan’da çok popüler oldu.