İLİN KÖŞƏ YAZARI – ORHAN CAN.. ‘Bir az əvvəl Orhan aradı. Səsi hər zamankından daha sevincli idi..’ İbrahim Nebioğlu yazdı

İLİN KÖŞƏ YAZARI – ORHAN CAN

Bir az əvvəl Orhan aradı. Səsi hər zamankından daha sevincli idi.
”Nooldu, hayırdır Abi?” deyə sordum,
– ” Türkiye Gazeteciler Cemiyeti`nin Yılın Köşe Yazısı ödülünü “Sonra geç olacak” yazısına göre bana verdiler” dedi.

”Vay, canım Ağabeyim” dedim, ”Vay Ustam” dedim, gözlərim doldu və sadəcə ”İyiki Abimsin, dostumsun, Can`ımsın” deyə bildim.
Hər ikimiz qəhərləndik…

Türkiyənin çağdaş televiziya, qəzetçilik və internet mediasının modernləşməsində ilklərə imza atmış Orhan Can, ölkənin ən Usta qəzetçilərindən biridir.
Bir ara ”Ayna”da da köşə yazan Orhan Canı bizim oxucular da yaxından tanıyırlar.

Dostluğu, vətəndaş mövqeyi, Atatürkçülüyü və professionallığı ilə könüllərdə taxt quran İLİN KÖŞƏ YAZARI Orhan Canı Can-i Gönülden təbrik edir, bağrıma basır və başarılarının davamını diləyirəm..

İbrahim Nebioğlu