Azerbaycan’ın entelektüel gazetesi Ayna, Orhan Can’ın yazılarını kullanırken ona böyle “Hoş geldin” demişti..

Ayna - Azerbaycan - Orhan Can - Gazete

Orxan Can “Ayna“-ya yazacaq indən belə. Futboldan yazacaq, onun sadəcə texniki tərəfindən, oyunun özündən deyil, həm də futbolu fəlsəfəylə, eşqlə, ədəbiyyatla bağlayaraq yazacaq. Çünki futbol elə həyatın özüdür, sevinc və üzüntüləri, hüzün və göz yaşları, məğlubiyyət və zəfərləri ilə. Futbolu Orxan kimi ədəbiyyatla sintez edən ikinci bir imza tanımıram.

Marmara Universitetinin jurnalistika fakultəsindən məzundur. Mətbuata Günaydın qəzetində idman müxbirliyi ilə gəlib. Kanal D və Show TV-də xəbər müdiri olaraq da çalışan Orxan Can, daha sonralar Ufuk Güldemirlə Habertürk TV-ni quraraq, onun ilk Baş direktoru olub. 2008-ci ildən Hürriyet TV-nin müdiri və idman yazarıdır. Psixoloji savaşlardan bəhs edən 2 kitabın müəllifidir.

Xəstə bir Beşiktaşlıdır. Buna baxmayaraq mənim – xəstə bir Galatasarylının 15 illik can dostudur Orxan Can. Onu zövqlə oxuyacağınızı ümid edirəm……

 —Orhan Can ile birlikte.

İbrahim Nebioğlu

Ayna – Azerbaycan – Orhan Can – Gazete